Azərbaycan elminə ağır itki üz verdi

media-hightechnic-468x90

Akademik Cəlal Allahverdiyev vəfat edib.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın tanınmış riyaziyyatçısı Cəlal Allahverdiyev bu gün vəfat edib. Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, AMEA İdarəetmə Sistemləri İns­titu­tun­­un “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor C.Allahverdiyev 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cəlal Allahverdiyev 17 sentyabr 1929-cu il Şuşa şəhərində anadan olub.

1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olub, 1957-ci ildə “Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında” adlı namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildə professor elmi adına layiq görülüb. Onun ən məşhur elmi nəticəsi “Allahverdiyev teoremi” adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınıb.

Yenicag.az

media-ziraat-728x90

Azərbaycan elminə ağır itki üz verdi

media-hightechnic-468x90

a249d3a2fda1de1e92425043f7703339Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Azərbaycanın görkəmli botanik-alimi, AMEA Nəbatat Bağının sabiq direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı fevralın 23-də 77 yaşında vəfat edib.

Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 1955-ci ildə Dövlətyarlı kənd orta məktəbini əla qiymətlərlə bitirib, təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirib. Texnikumu bitirdikdən sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olub, həmin institutu müvəffəqiyyətlə başa vurub. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olub, 1973-cü ildə “Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülüb. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifələrində çalışıb, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilib.

Alim 200-dən çox elmi əsərin müəllifidir. Abşeron şəraitində geofit bitkilərinin 500-ə qədər növünün kolleksiyasını toplayıb. Onların 150-dən çox növü təsərrüfatlara tətbiq olunmaq üçün təklif olunub. 2004-cü ildə “Qafqazın geofitləri və onların Abşeronda introduksiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Alimin “Qafqazın geofitləri”, “Konspekt qeofitov Kafkaza” və s. kimi əsərlərində Qafqaz geofitlərinin müasir taksonomik tərkibi hərtərəfli şəkildə öyrənilib. “Qırmızı kitab”, Azərbaycan Sovet Ensiklopediyasının VI, IX, X cildlərinin həmmüəlliflərindən biridir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubleyi ilə əlaqədar “Tərəqqi” medalı və elmdə qazandığı nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanları ilə təltif edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600