!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Fələstinə 300 000 ABŞ dolları yardım etdi - Koronavirusa görə

!Reklam – Yazi

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən, “İsrailin işğalçı hökumətinin 1967-ci ildə işğal olunmuş Fələstin Dövlətinin ərazilərinin bir hissəsini ilhaq etmək təhlükəsi” ilə bağlı növbədənkənar açıq virtual iclasında çıxış edib.

Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir çıxışında bildirib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

“İşğal olunmuş Fələstin ərazisinə təsir edən mühüm hadisələri nəzərdən keçirmək məqsədilə bir araya gəldiyimiz bir vaxtda, Azərbaycanın qardaş Fələstin xalqının dövlətçilik, sülh, sabitlik və davamlı inkişafa verdiyi səylərini tam dəstəklədiyini bir daha bildirmək istərdim. Müxtəlif beynəlxalq forumlarda dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Bununla əlaqədar olaraq, İordan çayının qərb sahilinin bir hissəsinin ilhaqına yönəlmiş mümkün hərəkətlər barədə xəbərlərdən narahatlığımızı bildiririk. Həll prosesinə təsir göstərə biləcək bütün hərəkətləri hər iki tərəf razılaşdırmalıdır. Buna görə də tərəfləri sülh danışıqlarına daha da zərər verə biləcək və beynəlxalq hüququ pozan birtərəfli addımlar atmaqdan çəkinməyə çağırırıq.

Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan, paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin Dövlətində öz müqəddəratını təyinetmə və azadlıq da daxil olmaqla, Fələstin xalqının ayrılmaz hüquqlarının və qanuni milli istəklərinin reallaşdırılmasına yönəlmiş səylərin təşviq olunmasına sadiqdir. Fələstin məsələsinin bütün aspektlərinin, o cümlədən fələstinli qaçqınlar məsələsi də daxil olmaqla, beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinə yönəlmiş səylərə dəstəyimizi bir daha bildiririk.

Həqiqətən, hazırda dünya pandemiyadan çox əziyyət çəkir və pandemiyanın nəticələrinə qarşı mübarizə ölkələr və beynəlxalq təşkilatlar arasında intensiv beynəlxalq əməkdaşlıq və yardım tələb edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərmişdir. İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300.000 ABŞ dolları məbləğində töhfə verdik.

Ərazini əldə etmək üçün gücün tətbiq edilməsi beynəlxalq hüquqla qəbuledilməzdir və bütün dövlətlərin işğal nəticəsində yaranan vəziyyəti hüquqi tanımamaq və bu vəziyyətin davam etdirilməsinə kömək və ya yardım göstərməmək öhdəlikləri var. 30 ilə yaxındır ki, beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı davam edən Azərbaycan Fələstin xalqının hisslərini tam bölüşür”, – deyə nazir qeyd edib.

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv