Azərbaycan hansı məsələdə ABŞ-ın “ayağına basdı”?

media-hightechnic-468x90

USA_Azerbaijan_Flag_220508Son zamanlar ABŞ dövlət katibi Con Kerri ilə bağlı yaşanan məlum olaylar xüsusilə narahatlıq doğurur.  Bildirirlir ki, Con Kerrinin rəhbərliyi altında Avropa Oyunları rəfəsində Azərbaycana qarşı qara piar kampaniyasına başlanılıb.

Bu proseslərin ABŞ-Azərbaycan münasibətlərinə nə kimi təsir göstərəcəyi isə sual doğurur?

zahid_oric_esasMillət vəkili Zahid Oruc bildirir ki,  Azərbaycan birtəfəli qaydada Birləşmiş Ştatlarla əlaqələrini kəsmək,yaxud Qərbdən üz çevirərək xarici siyasət kursunu dəyişmək niyyətində deyil. Əksinə, Con Kerrinin Azərbaycana qarşı planının ictimailəşən hissəsindən göründüyü kimi regionda indiyədək formalaşn geopolotik düzəni dəyişmək istəyən tərəf məhz ABŞ-dır.

Zahid Oruc deyir ki, rəsmi Ağ Ev, Moskvanı ənənəvi müttəfiqlərindən məhrum etməyə çalışır.

“İranla münasibətləri irəlilətmək istəyən,Türkiyəni Ermənistanla əlaqələrə vadar edən rəsmi Ağ Ev bununla da Rusiya əleyhinə qurşaq formalaşdırmağa və Moskvanı ənənəvi müttəfiqlərindən məhrum etməyə çalışır. Azərbaycan balanslı kursu məlum anti-Rusiya planını tam gücü ilə işləməyə qoymur.Ona görə də əleyhimizə belə genişmiqyaslı əməliyyata başlayıblar və hakimiyyəti daxildən sıxmaq üçün resurslar zəiflədiyindən xarici vasitələri önə çıxarıblar. Amerika ilə münasibətləri “demokrat”ların iqtidarı dövründə düzəltmək mümkün olmayacaq. Azərbaycan Xarici İşlər nazirinin verdiyi açıqlama Departamentə rəsmi müraciət olunduğunu deməyə əsas verir.Lakin veriləcək cavabı proqnozlaşdırma o qədər çətin deyil.Birləşmiş Ştatların ölkəmizlə müttəfiqliyə sadiq qaldığı haqqında növbətçi bir açıqlama veriləcək.Lakin Amerika Azərbaycana etdiyi təzyiqlər hesabına Cənubi Qafqazda mövqeyini və dayaqlarını itirir.Bölgədə güclənən indi ayrı dövlətlərdir”-deyə Zahid Oruc sözlərinə əlavə edib.

fazil mustafa esas 5Millət vəkili Fazil Mustafa isə baş verən siyası proseslərə belə  münasibət  bildirdi: “Vaxtaşırı ABŞ Adminstrasiyası ilə Azərbaycan hökuməti arasında bu cür narazılıq hadisələri olur. Sadəcə münasibətlərə mənfi təsir edəcək səviyyəyə gərginliyin qalxmasını müşayət etmirik. Bu dəfə də fərqli bir mənzərəni görəcəyimizi düşünmürəm”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600