!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan həqiqətlərinin təbliği: “COP29 Azərbaycanın beynəlxalq mövqeyini gücləndirəcək”

!Reklam – Yazi

“Bu tədbirin keçirilməsi Azərbaycanın dünyada nüfuzunu, beynəlxalq müstəvidə mövqeyini artıracaq və ölkəmizin bu istiqamətdə proseslərə verdiyi töhfə dünya dövlətləri tərəfindən yüksək qiymətləndirəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda COP29 tədbirinin keçirilməsinin ölkəmizə verəcəyi töhfədən danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, COP29 tədbirinin ölkəmizdə keçirilməsi çox önəmlidir.

“Dünyanın hər bir ölkəsinə bu imkan yaradılmır. Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində belə bir nüfuzu, etimadı qazanıb. Bu ölkəmizə olan etimadın və diqqətin göstəricisidir. Bu tədbirin keçirilməsi Azərbaycanın dünyada nüfuzunu, beynəlxalq müstəvidə mövqeyini artıracaq və ölkəmizin bu istiqamətdə proseslərə verdiyi töhfə dünya dövlətləri tərəfindən yüksək qiymətləndirəcək”, – deyə o bildirib.

Deputat əlavə edib ki, bu gün qarşıda duran əsas vacib məsələlərdən biri Azərbaycan həqiqətlərinin təbliği, onun nüfuzunun gücləndirilməsi istiqamətində çox önəmli məsələdir.

“Bu ölkəmizin təcrübəsinin artmasına, onun dünyada gedən proseslərə öz mühüm töhfəsini verəcək. Bu gün belə tədbirləri keçirmək üçün böyük vəsait, inam, etibar lazımdır. Düşünürəm ki, Azərbaycan bunu qazanıb və bu tədbirin keçirilməsi də dövlətimizin güclənməsi, onun gələcəyi, ona olan etimadın artırılması baxımından xüsusi önəm və əhəmiyyət daşıyır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

84
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv