!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan hərbçiləri Rusiyada təlimdə iştirak edir

!Reklam – Yazi

Rusiyada Çinin də iştirak etdiyi “Vostok-2022” (Şərq) strateji hərbi təlimi başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

““Vostok-2022” təlimində Rusiya, Çin, Hindistan və Azərbaycan da daxil olmaqla 14 ölkədən əsgər və hərbi müşahidəçilər iştirak edir. Rusiyanın 7 poliqonunda, Oxot dənizi və dəniz sularında keçirilən təlimə 50 mindən çox əsgər və 140 təyyarə və 60 döyüş gəmisi də daxil olmaqla 5 mindən çox silah və hərbi texnika cəlb olunub”,  – deyə məlumatda qeyd olunub.

Əsas diqqət ölkənin şərq regionunda sülhün qorunması və hərbi təhlükəsizliyin təmin edilməsi məqsədlərinə yönələn təlim Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi altında keçirilir.

Təlim sentyabrın 7-dək davam edəcək.

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv