!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan hərbi baxımdan Ermənistandan qat-qat üstündür” – Metyu Brayza

!Reklam – Yazi

“Hər hansı bir hökumətin əsas rollarından biri milli müdafiəni təmin etməkdir və əslində, beynəlxalq hüquqa əsasən, əgər hökumət legitim kimi tanınmırsa, o, özünü müdafiə edə bilməyənə qədər də bu proses davam edir. Bu faktlar sülh prosesinin olub-olmamasından asılı olmayaraq, doğrudur”.

Bu sözləri ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O, Ermənistanın silahlanması məsələsini şərh edib.

“Həm də praktiki siyasi məsələ kimi, baş nazir Nikol Paşinyanın bunu Ermənistandakı bütün insanlara və siyasi qüvvələrə göstərməsinin vacib olduğunu düşünürəm. Yəni o, bütün ölkəyə göstərməlidir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqla nə öz milli maraqlarından, nə suverenliyindən, nə müstəqilliyindən, nə də ərazi bütövlüyündən əl çəkmir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ilə darmadağın edilmiş və hərbi cəhətdən zəif olan Ermənistan həmçinin daxili siyasi opponentlərinin bütün təhlükələrinə qarşı həssas durumdadır:

“Buna görə də Nikol Paşinyanın Prezident İlham Əliyevlə birlikdə sülh sazişi bağlamaq üçün siyasi şansı və ya imkanı var. Yəni, diplomatiya, habelə beynəlxalq siyasət və beynəlxalq hüquq belə işləyir. Ermənistan müdafiə büdcəsini artırsa da, o, heç vaxt Azərbaycana hücum edib onu məğlub edə bilməyəcək. Bu da Paşinyanın şəxsən özünün sülh sazişi bağlamaqda ciddi və yeri gəlmişkən, Azərbaycanın hərbi baxımdan Ermənistandan qat-qat üstün olduğunu göstərir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv