Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-yə getdi

media-hightechnic-468x90

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ABŞ-nin Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə bu ölkədə səfərdədir.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Vitse-admiral S.Bəkirov ABŞ-ın Nyuport şəhərində 90 ölkənin HDQ komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının iştirakı ilə keçiriləcək 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumunda iştirak edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə müzakirələrin aparılmasıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600