Azərbaycan idmançılarının bu günki YARIŞ CƏDVƏLİ – Avropa Oyunları

media-hightechnic-468x90

40597_12-MD-HDAzərbaycanlı idmançıların 15 iyundakı yarış proqramı

Voleybol, saat 22:00

Kristal Zalda keçirilən voleybol yarışında Azərbaycanın qadınlardan ibarət yığma komandası A qrupunda Polşaya qarşı mübarizə aparacaq.

İdman gimnastikası, saat 11:40, 14:30

2015-ci il Avropa Çempionatında fərdi çoxnövçülük yarışında beşinci yeri tutan Azərbaycan idmançısı Oleq Stepko Milli Gimnastika Arenasında çıxış edəcək. Həmçinin, Petro Paknyuk, Eldar Səfərov da arenaya çıxacaqlar.

Qadın idmançılardan isə Yuliya İşina, Marina Nekrasova, Kristina Pravdina təsnifat görüşlərində iştirak edəcəklər.

Su polosu, saat 18:45

Azərbaycan yığması kişilər arasında keçirilən su polosu yarışında B qrupunda Almaniya ilə üzləşəcək.

Güləş, saat 10.00-dan

Güləş üzrə qadınlar arasında 1/8 final mərhələsində yarışlar keçiriləcək. Mariya Stadnik 48 kq çəki dərəcəsində sərbəst üsulla güləşdə Portuqaliya nümayəndəsi Liliana Kosta Dos Santosla vuruşacaq.

Natalya Sinişin 55 kq çəki dərəcəsində İtaliyadan Patrisia Luizzi ilə 1/8 finalda üzləşəcək.

Yuliya Ratkeviç 60 kq çəki dərəcəsində Bolqarıstandan Talbe Yusinlə görüşəcək.

Nadia Muşka isə 69 kq çəki dərəcəsində Rusiyadan Natalya Vorobyova ilə görüşəcək.

Avarçəkmə, saat 14:00-dan

Avarçəkmə üzrə Mingəçevirdə keçiriləcək yarışlarda aşağıdakı Azəebvaycan idmançıları iştirak edəcək:

Mirnazim Cavadov – k kişilər arasında kayak-təkbətək 200 m ilkin oyunlar;

Valentin Demyanenko – kişilər arasında kanoe-təkbətək 200 m ilkin oyunlar;

İnna Osipenko-Rodomska qadınlar arasında kayak-təkbətək;

Sergey Bezuqlıy və Oleksiy Kupin – kişilər arasında kanoe-çütlük yarışlarında ilkin mərhələ.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600