!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan iqtisadi şoklara tab gətirəcək gücdədir” – Mənsur Bərxudarov

!Reklam – Yazi

“Ölkə iqtisadiyyatının neqativ hadisələrə hazır olması üçün mühüm işlər görülüb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya neft bazarında müşahidə olunan ucuzlaşmanın ölkə iqtisadiyyatı üçün yaratdığı mümkün riskləri şərh edən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov deyib.

Mənsur Bərxudarova görə, Azərbaycan iqtisadiyyatı neftin uculaşmasının yaratdığı təsirlərə davam gətirəcək:

“Qeyd edim ki, neftin qiymətində ucuzlaşma uzun müddət davam edə bilməz. Digər tərəfdən, 2014-cü ildə dünya neft bazarında baş verən məlum təlatümlərdən sonra Azərbaycan iqtisadiyyatının analoji hadisələrə hazır olması üçün mühüm işlər görülüb.

Azərbaycanın neftdən asılılığı demək olar ki, əhəmiyyətli dərəcədə azalıb. Ölkənin valyuta gəlirlərinin formalaşmasında neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da artıq mühüm yer tutmaqdadır.

Bu gün Mərkəzi Bankın 6 milyard dollardan çox ehtiyat fondu, ölkənin isə ümumilikdə 50 milyarda yaxın qızıl-valyuta ehtiyatları, həmçinin Neft Fondunun sabit gəlirləri mövcuddur. Bu amillər mövcud olan bütün iqtisadi şoklara tab gətirməyə əsas verir”.

Gülşən Şərif

www.yenicag.az

1030
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv