“Azərbaycan jurnalistləri artıq xarici auditoriyaya da dolğun məlumat çatdırmağı bacarır” – Hacıbəy Heydərli

media-hightechnic-468x90

“WUF13 forumu boyu Azərbaycan mediası bu sınaqdan üzüağ çıxdı”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli bildirib.

media-whatsapp-image-2026-05-22-at-13-40-27

Mətbuat Şurası İdarə Heyətinin üzvü WUF13 forumunda Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirib:

“Düşünürəm ki, Azərbaycan mediasının beynəlxalq tədbirləri işıqlandırması baxımından çox böyük praktikası var. Azərbaycan mediası həm yerli, həm də dünya ictimaiyyətinə ölkəmizdə keçirilən tədbirlər haqqında operativ şəkildə məlumat vermək sahəsində artıq peşəkarlaşıb. WUF13 günlərində də mən Azərbaycan mətbuatının fəaliyyətini yaxından izlədim; jurnalistlərimiz forumun ilk günündən son gününə qədər baş verən bütün prosesləri ictimaiyyətə dolğun şəkildə çatdıra bildilər. İstər yazılı mətbuat, istər televiziyalarımız operativ şəkildə fəaliyyət göstərirdilər və sevindirici haldır ki, WUF13 çərçivəsində təkcə panellər deyil, həm də oradakı ab-hava xalqımıza çatdırıldı. Eyni zamanda bugünlərdə gördük ki, tədbirin mahiyyəti və Azərbaycanın ev sahibliyi barədə dünya mətbuatında da xeyli məlumat yayımlandı. Təbii ki, bunu Azərbaycan jurnalistlərinin uğuru kimi qiymətləndirmək lazımdır. Azərbaycan jurnalistləri artıq yalnız ölkədaxili auditoriyaya deyil, xarici auditoriyaya da ölkəmizdə baş verən prosesləri dolğun şəkildə çatdırmağı bacarırlar. Bu, son illər ölkəmizdə aparılan media islahatlarının nəticəsidir ki, artıq Azərbaycan jurnalistləri beynəlxalq əlaqələri gücləndiriblər və ölkəmizlə bağlı həqiqətlər dünya ictimaiyyətində geniş rezonans doğurur”.

H.Heydərli xarici medianın da tədbirlərdə iştirakı və onlara yaradılan şərait barədə danışıb:

“Eyni zamanda forumda fəaliyyət göstərən xarici jurnalistlərlə də ünsiyyətim oldu. Onlar da media üçün yaradılan şəraitdən məmnun qaldıqlarını dəfələrlə dilə gətirdilər. Həmin həmkarlarımız da çalışdıqları ölkəyə WUF13 və Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi haqqında geniş şəkildə məlumat verə bildilər. Düşünürəm ki, Azərbaycan mediası bu sahədə çox təcrübəlidir; bundan əvvəl COP29, indi isə WUF13 tədbirlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmağı bacardılar. Artıq Azərbaycan mediası bu sınaqdan da üzüağ çıxdı”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05