Azərbaycan klubunun bombardiri Səudiyyə Ərəbistanına getdi

media-hightechnic-468x90

“Sabah”ın vingeri Coy-Lens Mikels komandanı tərk edib.

Yenicag.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

29 yaşlı Mikels artıq adıçəkilən ölkənin I Divizion təmsilçisi “Əl-Feysali” ilə müqavilə imzalayıb.

Xatırladaq ki, ərəblərin sərfəli təklifindən sonra futbolçu UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Serbiyanın “Partizan” klubuna qarşı ilk matçda oynamaqdan imtina edib. Masazır təmsilçisi həmin görüşdə qələbə qazanıb (2:0).

2021-ci ilin yayından “Sabah”da çıxış edən Mikelsin gələn ilin yayına qədər müqaviləsi var idi. O, keçən mövsüm 17 qolla “futuristlər”in bombardiri olub./oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600