Reklam

Reklam

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, ilk yarımfinalçının adına Gəncədə keçirilən “Kəpəz” – “Keşlə” matçından sonra aydınlıq gəlib.

Bakıda baş tutan oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi cavab oyununda da “Kəpəz”i üstələyib – 3:2. İki oyunun nəticəsinə görə, 5:2 hesabı ilə qalib gələn “Keşlə” adını yarımfinala yazdıran ilk komanda olub. Ramiz Məmmədovun komandası yarımfinalda “Sumqayıt” – “Qarabağ” cütünün ən güclüsü ilə qarşılaşacaq.

Günün digər matçında isə “Neftçi” “Zirə”ni qəbul edib. Komandalar arasında Zirədə keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab matçında isə sevinən tərəf “Neftçi” olub. Bu komanda inamlı qələbə sayəsində yarımfinala növbəti vəsiqəyə sahib çıxıb.

Qeyd edək ki, “Səbail” – “Qəbələ” və “Sumqayıt” – “Qarabağ” matçları sabah keçiriləcək.

Azərbaycan Kuboku
14 dekabr 

13:00.“Kəpəz” – “Keşlə” – 2:3
Qollar: Mirsahib Abbasov, 34 (0:1), Şəhriyar Rəhimov, 49 (1:1), Kamran Abdullazadə, 79 (2:1), Pərdis Fərcad-Azad, 81 (2:2), Mirsahib Abbasov, 84 (2:3)
İlk oyun – 0:2
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

“Neftçi” – “Zirə” 2:0
Qollar: Uqo Barqas, 36 (1:0). Mirabdulla Abbasov, 45 (2:0).
İlk oyun – 0:1
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1474
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.