Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala çıxdı

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, günün yeganə matçında “Qarabağ” “Şamaxı” ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam klubunun qələbəsi ilə bitib – 3:1.

“Köhlən atlar”ın heyətində Emmanuel Addai 6 və 61-ci, Leandro Andrade 63-cü dəqiqədə fərqləniblər. Qonaqların qolunu 31-ci dəqiqədə Karim Rossi vurub. K.Rossi sonuncu dəqiqədə penaltidən yararlana bilməyib.

İlk görüşdə “Şamaxı” 2:1 hesabı ilə qalib gəlsə də, “Qarabağ” yarımfinala vəsiqə qazanıb.

Komanda növbəti raundda “Sabah” – “Qəbələ” (ilk oyun 0:0) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq. Ötən gün “Sumqayıt”ı 2:0 hesabı ilə üstələyən (ilk oyun – 0:0) “Zirə” komandası yarımfinalda iştirakını təmin edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05