Azərbaycan Kubokunda bütün yarımfinalçıların adları bəlli oldu

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, günün ikinci matçında “Sabah” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı heç-heçə bitib – 2:2.

“Bayquşlar”ın qollarını 31 və 62-ci dəqiqələrdə Timoteuş Puxaç vurub. Meydan sahiblərindən İsmael Akinade 88-ci və 90-cı dəqiqələrdə adını tabloya yazdırıb. Adriel Ba Lua 48-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

İlk görüş qolsuz başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 104-cü dəqiqədə qonaqlardan Coy-Lens Mikels, 115-ci dəqiqədə “qırmızı-qaralar”dan Nuğay Rəşidov qol vurduğu üçün komandalar penaltilər seriyasına gediblər.

Penaltiləri daha dəqiq yerinə yetirən (4:2) “Sabah” yarımfinalda “Qarabağ”ın rəqibi olub.

Günün ilk oyununda “Kəpəz”i məğlub edən (2:0) “Turan Tovuz” yarımfinala yüksəlib. Tovuz təmsilçisi finala gedən yolda “Zirə” ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl “Sumqayıt”ı 2:0 (ilk oyun – 0:0) hesabı ilə üstələyən “Zirə” və “Şamaxı”nı məğlub edən (1:2, 3:1) “Qarabağ” yarımfinalda oynamaq hüququ qazanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05