!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan mənim ikinci vətənimdir” – Moldovanın ölkəmizdəki səfiri

!Reklam – Yazi

Mən səfir təyin edilməmişdən öncə məsuliyyətimin yüksək olduğunu bilirdim. Çünki bizim ölkələrimiz qardaş ölkələrdir.

Bu sözləri “Yeni Çağ Media”nın rus bölməsi (“Novaya Epoxa”) ilə söhbətində Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko deyib.

Qeyd edək ki, səfir ölkəmizdəki fəaliyyətindən, eləcə də Moldova və Azərbaycan münasibətlərindən söz açıb.

Səfir söyləyib ki, Azərbaycan və Moldova bir-birinə hər zaman hörmətlə yanaşıblar:
“Təəssüf ki, Moldova ərazilərinin bir hissəsi uzun illərdir ki, işğaldadır. Xoşbəxtlikdən, Azərbaycan öz ərazi bütövlüyünü keçən il bərpa etdi. Bu, əlbəttə ki, bizim üçün də inanılmaz bir hadisə idi”.
Azərbaycandakı qonaqpərvərlikdən söz açan səfir əlavə edib ki, xalqımızın qonaqpərvərliyi ilə sözün əsl mənasında, hər gün qarşılaşır:
“Gündəlik həyatda bunun şahidi oluram. Azərbaycanlılar səmimiyyəti və açıq münasibəti sevən xalqdır. Bu xalqın qonaqpərvərliyi çox xoşuma gəlir. Həmçinin mənim uşaqlarım orta məktəbdə də oxuyur. Buradakı təhsil sistemi də kifayət qədər güclü və yaxşıdır. Ona görə də sizin respublikanızdayıq. Azərbaycan bizim üçün evimiz kimidir. Mənim və yoldaşımın ikinci vətənidir. Dörd övladımın sonuncusu burda, Bakıda doğulub.”

Səfir Esaulenko söyləyib ki, həm də ailəyə və Azərbaycana vaxt ayıra bilir:
“Ölkəniz inanılmaz dərəcədə gözəldir. Mən ailəmlə çox səyahət edirəm. Şimalda çoxlu yeni şeylər kəşf etmişik. Bundan başqa, cənubda Astara Lənkəranla yanaşı, azad edilmiş ərazilər də inanılmaz dərəcədə gözəldir.
Qarabağda mənzərələr valehedicidir və ümid edirik ki, həyat tezliklə ora qayıdacaq. Çünki oradakı işlər respublikanızın rəhbərliyinin birbaşa himayəsi altındadır. Prezident cənab İlham Əliyevin sayəsində bir həmin ərazilərdə nəhəng infrastruktur layihələr görürük.

Biz inanırıq ki, xeyli sayda azərbaycanlı bu ilin sonuna artıq azad edilmiş ərazilərə qayıdacaq”.

Cəmilə Çebotaryova
Rafi Müslümov

COP29

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv