!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Azərbaycan millisi belə oynamamışdı" - Maykl O'Nil

!Reklam – Yazi

DÇ-2018-in seçmə mərhələsində səfərdə millimizə qalib gələn (1:0) Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nil oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, O’Nil öncə oyunla bağlı fikirlərini bildirib:

– Çətin oyun oldu. Prosineçki doğrudan da, yaxşı komanda yaradıb. Əsas olan qol idi ki, onu da vurduq. Bir neçə əsas oyunçumuz yox idi. Lakin bizə lazım olan qələbəni qazana bildik.

– Conni Evansın oyunu barədə nə deyə bilərsiz?

– Conni Evans yaxşı oynadı. Mərkəz müdafiəçisinə lazım olan bütün keyfiyyətlər onda var. Bu gün komandanın liderlərindən olduğunu sübut etdi.

– Namiq Ələsgərovun yerdə qaldığı epizod barədə nə deyə bilərsiz? Bütün stadion həmin epizodda cərimə olduğunu düşünsə də, hakim fərqli qərar verdi…

– Hakimlərdən razı qaldım. Məncə, düzgün qərar idi.

– Hesabı ədalətli hesab edirsiz?

– Yaxşı oyun oldu. Birinci hissədə bizim də şanslarımız oldu, lakin dəyərləndirə bilmədik. Bu qrupda birinci yerdə Almaniyadı. Ancaq biz çalışacağıq ki, almanlardan sonrakı pilləni biz tutaq.

– Komandanın oyunundan razı qaldız?

– Hava şəraiti oyunumuza təsir edirdi. Buna görə, bu oyunda bizim üçün əsas olan nəticə idi. Buna da nail olduq.

– Belfastdakı oyunla Bakıdakını müqayisə edərdiz…

– Azərbaycan millisi belə oynamamışdı. Bu gün topa daha çox sahib oldular. Lakin əsas odu ki, biz bu gün nəticə qazana bildik.

– Bu gün heç-heçə qeydə alınsaydı, bundan razı qalacaqdız?

– Sevinirəm ki, qalib gəldik. Lakin 0:0 hesabına da razı idim.

– Azərbaycan millisində hansı oyunçunu fərqləndirə bilərsiz?

– Azərbaycan bu gün komanda kimi yaxşı oyun sərgilədi. İlk öncə kapitanınızı (Rəşad Sadıqov) qeyd edərdim. Bundan başqa, Almeyda, Qarayev, Şeydayev də yaxşı təsir bağışladı. Ümid edirəm ki, gələcəkdə bu heyətlə daha yaxşı nəticələr qazancaqsız.

Emin Səfərov

Yenicag.az

COP29

www.yenicag.az

934
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv