Azərbaycan millisi Moldova ilə yoxlama oyunları keçirəcək

media-hightechnic-468x90

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 14-dək Bakıda, ardından Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

AFFA-dan Yenicag.az-a verilən məlumata görə, U-19 Kişineu toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Millinin heyəti:

Nərgiz Ağaliyeva, Yelizaveta Vaysman, Arzu Ağaliyeva, Natella Mammadova, Gülnaz Şabanova, Arzu Cəfərova – hamısı “Şəfa”

Firuzə Bayramova – “Dirçəliş”

Vahidə Əlipaşayeva – “Vera (Gürcüstan)

Mədinə Curuqova, Xanım Əsədova, Məsumə Nəzərli, Ayşən Salamzadə – hamısı “Neftçi”

Mədinə Qədiməliyeva – “Sumqayıt”

Səma Əsədova, Aysu Əsədova, Pərişan Abdullayeva, Aygün Novruzova, Günay Sultanlı – hamısı “Sabah”

Ülviyyə İslamova – “Baku Juniors”

Pərişan Abdullayeva, Ayan Abdiyeva, Aysel Cumayeva – hamısı “Liman”

Şahnazə Rüstəmli, Fidan Əsədzadə – hər ikisi “Təhsil”

16 sentyabr

17:00. Moldova (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)

CPSM stadionu, Kişineu

18 sentyabr

17:00. Moldova (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)

CPSM stadionu, Kişineu

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa