Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlər açıqlandı

media-hightechnic-468x90

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kipr və Farer adaları seçmələrinə qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 1-də “Limassol” stadionunda Kiprlə oynanılacaq matçı Belçikadan, dekabrın 5-də “Dalğa Arena”da Farer adalarına qarşı təşkil olunacaq qarşılaşmanı isə İsveçdən olan hakimlər briqadası idarə edəcək.

1 dekabr

21:00. Kipr – Azərbaycan

Baş hakim: Karoline Lanssens

Yan xətt hakimləri: İrmqard Van Meirvenne, Marqot Yakobs

Dördüncü hakim: Yana Van Lare

5 dekabr

19:00. Azərbaycan – Farer adaları

Baş hakim: Lovisa Yohansson

Yan xətt hakimləri: Kamilla Stendal, Jilan Taher

Dördüncü hakim: Maral Mirzai Beni

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600