Azərbaycan NATO-nun hərbi təlimlərinə qatılacaq

media-hightechnic-468x90

NATO-nun “Tərəfdaşlıqda güc” devizi altında “Layiqli tərəfdaş-2017” hərbi təlimləri 2017-ci ilin iyul ayında Gürcüstanda keçiriləcək.

media-banner_tuq

Yeniçağ.Az xəbər verir ki, qonşu ölkədə artıq bu hərbi təlimlər üçüncü dəfədir ki, keçirilir və bu dəfə daha irimiqysaylı olacaq.

Hərbi təlimlərdə 10 ölkənin hərbiçiləri və NATO tərəfarları-ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, İspaniya, Ruminiya, Sloveniya, Azərbaycan, Ermənistan və Ukraynanın hərbiçiləri iştirak edəcək. Hərbi təlimlərin məqsədiGürcüstanın, o cümlədən NATO-a üzv dövlətlərin regional və vahid əməkdaşlıq imkanlarının formalaşması, o cümlədən logistika və əməliyyat planlaşdırılması və icrasının təkmilləşdirilməsidir.

Hərbi təlimlərin nə qədər davam edəcəyi hələ bəlli deyil. NATO-a üzv və tərəfdaş ölkələrin hərbiçiləri artıq Gürcüstandadır vəhərbi təlimlərin keçirilməsi planları üzərindəiş aparırlar. Planlama işləri maya qədər davam edəcək.

Qeyd edək ki, ilk “Layiqli Tərəfdaş” təlimi 2015-ci ildə Gürcüstanda keçiriləcək.(azvision.az)

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05