"Dedi, arada söz aparıb-gətirənlərə..." – Mehin Hümbətova Hisslə KİM BARIŞDIRIB?
Müğənni Mehin Hümbətova həmkarı Hisslə barışıb.
Yenicag.az xəbər verir ki, müğənni bu barədə “AfaqlaOnlar” verilişində danışıb.
Bir müddət əvvəl “Adımın onunla hallanmasını istəmirəm” deyən Mehin tədbirlərin birində Hisslə küsülülüyə son qoyduğunu bildirib:
“Tədbirlərin birində qarşılaşdıq. Onun bir mahnısı var, çox sevirəm. Həmin mahnını oxudu, mən də durub rəqs etdim. Mahnını oxuyandan sonra yanıma gəlib salamlaşdı. Müğənni Elçin Cəfərov ikimizin arasında əyləşmişdi. O, mənə dedi: “Arada söz aparıb-gətirənlərə fikir verməyin. Siz ikiniz də yaxşı dostsunuz, barışın getsin”. Barışdıq, indi münasibətimiz çox yaxşıdır”.
Nehru













