!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nümayəndə heyəti UNESCO-nun konfransında iştirak etdi

!Reklam – Yazi

6 iyun 2023-cü il tarixində, Parisdə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına Tərəf Ölkələrin 9-cu Konfransı öz işinə başlayıb.

Mədəniyyə Nazirliyindən Yenicag.az-a bildirilib ki, sessiyanın əvvəlində çıxış edən ölkəmizin nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova əvvəlcə Konvensiyaya yeni qoşulan ölkələri təbrik edərək, Katibliyin hesabatını şərh etdi. Ölkəmizin Konvensiyanın dəyər və prinsiplərinə sadiq olduğunu bildirən nazir müavini, sahənin inkişafı üçün Mədəniyyət Nazirliyi Aparatında xüsusi şöbənin fəalliyyət göstərdiyini qeyd edərək Azərbaycanda yaradıcı sənayelərin inkişafına artan dövlət dəstəyindən danışıb.

Xatırladaq ki, konfrans öz işinə 7-8 iyun davam edəcək. İki ildən bir keçirilən Konfransın gündəliyi çərçivəsində həmçinin, Komitənin 2022-2023-cü illər üzrə hesabatı, yaradıcı sənayelərin inkişafı istiqamətində işlər, dövri hesabatların nəzərdən keçirilməsi, hökumətlərarası Komitəyə seçkilərin keçirilməsi, 2024-2025-ci illər üçün Komitənin fəaliyyəti və gündəmdə olan digər mövzular müzakirə olunacaqdır.

Konfransda Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edir.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv