Azərbaycan para-taekvondoçusu idman növü üzrə milli komandasının üzvü Xəlilov İmaməddin (70 k1, K44) Fransanın Montarji şəhərində keçirilən Açıq Avropa çempionatında gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Yenicag.az-a verilən məlumata görə, milli komandanın digər üzvləri Sabir Zeynalov (58 kg, K44) və Amin Şıxəliyev (63 kq, K44) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
www.yenicag.az