Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

şçmşçlAzərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşına general rütbəsi verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama görə, general-mayor Hilal Mirzəli oğlu Əsədov və general-mayor Əli Sabir oğlu Şəfiyevə general-leytenant, polkovnik Tarverdi Məmməd oğlu Məmmədova isə general-mayor rütbəsi verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudova general-polkovnik rütbəsi verilib.

Prezident İlham Əliyevin digər sərəncamına əsasən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları orden və medallarla təltif olunublar.

Sərəncama görə, adları çəkilən şəxslər Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə, xüsusilə ağır cinayət işlərinin istintaqının aparılmasında fərqləndiklərinə görə təltif olunublar:

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Həsənov Elşən Bəşir oğlu – polkovnik
Sayılov Şahin Ənvər oğlu – polkovnik

«Vətən uğrunda» medalı ilə:

Bağırov Fariz Nəriman oğlu – polkovnik
Həsənov İlham Məhəbbət oğlu – polkovnik-leytenant
Mirzəyev Məzahir Vahid oğlu – polkovnik-leytenant
Oruclu Elmidar Lətif oğlu – mayor
Rəhimov İmran Məhəmməd oğlu – polkovnik-leytenant
Şıxəliyev Mövlam Məmmədismayıl oğlu – general-mayor

«İgidliyə görə» medalı ilə:

Əliyev Elçin Ərsalan oğlu – general-mayor
Əliyev Tərlan Əşrəf oğlu – mayor
Mahmudov Suad Fuad oğlu – polkovnik-leytenant

«Hərbi xidmətlərə görə» medalı ilə:

Abdullayev Rüfət Kazım oğlu – kapitan
Ağasiyev Əmiraslan Seyidqulu oğlu – polkovnik
Babatov Tehran İbad oğlu – polkovnik
Babayev Elşən İsmayıl oğlu – polkovnik-leytenant
Əliyev Akif Oktay oğlu – mayor
İsgəndərov Araz Ələddin oğlu – polkovnik-leytenant
Quliyev Fəxrəddin Azay oğlu – mayor
Məmmədov Afin Qalabəyi oğlu – kapitan
Rəhimov Farid Talib oğlu – kapitan
Rzayev Ceyhun Fərzalı oğlu – general-mayor(axar.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600