Azərbaycan prezidenti üçün qeyri-adi təbrik – VİDEO

media-hightechnic-468x90

1896804_10152906079688788_2703872963452419992_n

“Addım Gənclər Təşkilatı” kütləvi informasiya vasitələri və sosial medyada Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin doğum günü ilə bağlı video təbrik təqdim edib. Qısa müddətdə internet istifadəçiləri arasında geniş ajiotaj yaradan videoçarxda “Addım” üzvləri prezidentı təbrik edərək bu il ərzində beynəlxalq nailiyyətlərini bölüşüblər.

Videoçarxın ən çox diqqət çəkən və yadda qalan məqamı isə Rus Dram Teatrının aktrisası, əməkdar artist Naina İbrahimovanın əfsanəvi Hollywood ulduzu Merilin Monronun obrazında gənclərlə birgə ” Happy Birthday Mr. President” ifa etməsi olub. Qeyd edək Merilin Monro tarixdə ilk dəfə bu musiqini 1962-ci ildə Con. F. Kennedy-nin ad günündə akapella olaraq ifa edib.

Layihə barədə açıqlama verən “Addım Gənclər Təşkilatı”nın sədri və layihənin müəllifi Hüseyn Cavadzadə bunları söyləyib ” Cənab prezidentin səmərəli fəaliyyəti sayəsində gənclərimiz üçün sərhədsiz imkanlar yaradılmışdır. Bu təbrik videosuna şox səmimi yanaşaraq onunla nailiyyətlərimizi bölüşüb təşəkkürümüzü bildirmək istədik. ADDIM ailəsi olaraq prezidentimizi səmimən təbrik edir və uğurlu ADDIMlar arzulayırıq”

Qeyd edək ki videoçarxın hazırlanmasında koordinator Aynur Salmanova, rejissor Emin Muradov, Səs rejissoru Ruslan Səmədov, qrim ustası Nura Əliyeva iştirak ediblər.(atvxeber.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600