Azərbaycan qalib oldu - Fotolar/Video

media-hightechnic-468x90

Moskva şəhərində WPC/AWPC/WPSO versiyaları üzrə keçirilən dünya çempionatında 4 həmyerlimiz Azərbaycanı təmsil edib.

Yenicag.az xəbər verir ki, yarışda Tural Orucov 100 kg çəki dərəcəsi ilə 3 fərqli növ üzrə 2 qızıl və 1 bürünc medal, Camal Əhmədzadə 110 kg çəki dərəcəsi ilə kəmər və qızıl medal qazanıb. İştirakçılardan Sadiq Musayev 82 kg çəki dərəcəsi ilə 2 fərqli növ üzrə birinci və üçüncü yerə layiq görülüb. 8 ölkə arasında keçirilən və ümumilikdə 400 idmançının iştirak etdiyi çempionatda Azərbaycan birinci yerə çıxaraq qalib olub.

Qeyd edək ki, iştirakçılardan Dünya və Avropa çempionu Tural Orucov 2023-cü ildə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Respublika çempionatının da qalibi olub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600