Azərbaycan qaz bazarı Rusiya istehsalçılarının diqqət mərkəzindədir

media-hightechnic-468x90

Rusiyanın qaz kompressor stansiyaları istehsalçısı “Industrial Equipment Plant” şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır.

Bu barədə “Report”a açıqlamasında şirkətin Marketinq departamentinin rəhbəri Olqa Kozlova deyib.

“Biz neft-qaz sənayesi üçün avadanlıqlar istehsal edirik. Müəssisəmiz müxtəlif tipli kompressor stansiyaları, o cümlədən qaz kompressor stansiyaları istehsal edir. Avadanlıqlar sifarişçinin stansiyanın gücü və məhsuldarlıq tələblərinə uyğun hazırlanır. Rusiyada iri təchizatçıların əksəriyyətinə avadanlıq tədarük edirik. Region miqyasında isə İran və Qazaxıstanda fəaliyyət göstəririk.

Hazırda Azərbaycan bazarında təmsil olunmasaq da, ölkəni neft-qaz sahəsində perspektivli bazar hesab edir və əməkdaşlıqda maraqlıyıq. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yazışmalar aparılıb və Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, eləcə də 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi çərçivəsində şirkətin nümayəndələri ilə birbaşa görüşəcəyimizə ümid edirik”, – O. Kozlova bildrib

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600