!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan quberniya sisteminə keçməli olmadı – Millət vəkili məsələni “bağladı”

!Reklam – Yazi

Ölkənin inzibati-ərazi quruluşunda köklü dəyişikliklər ediləcəyinə dair gözləntilərə nöqtə qoyuldu.

Yeniçağ.Az xəbər verir ki, bir neçə ay əvvəl gündəmə gələn və Azərbaycanın inzibati-ərazi quruluşunda rayonların təmərküzləşdirilərək, 10-13 vilayətdə birləşdirilməsini ehtiva edən təkliflər praktik müstəviyə keçmədən sıradan çıxdı.

Xatırladaq ki, sözügedən məsələnin aktuallaşdığı dönəmdə mətbuata müsahibə verən Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu ideyanı dəstəkləmişdi:

“Mən bu fikri hələ 10 il bundan əvvəl demişəm. Azərbaycan üçün 66 inzibati rayon çoxdur. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün. Mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonlarının əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur”.

Akademikin quberniya sisteminə keçid fikrini əsaslı təklif kimi dəyərləndirməsi bu məsələnin yaxın müddətdə aktuallaşacağı qənaətini yaradırdı. Lakin aradan kifayət qədər vaxt keçsə də, haqqında danışılan təklif “rəfdən götürülərək, masaya qoyulmayıb”.

img1328002

Bu barədə Yeniçağ.Az-a açıqlama verən Milli Məclisin deputatı Çingiz Qənizadənin dediklərindən belə məlum olur ki, Azərbaycanın inzibati-ərazi quruluşunun dəyişdiriləcəyini gözləməyə dəyməz:
“Bu məsələ heç vaxt Milli Məclisin gündəliyində olmayıb və onunla bağlı müzakirə də aparılmayıb. Düzdür, bu məsələ bir müddət mətbuatda geniş işıqlandırıldı və müxtəlif səviyyələrdə fikirlər səsləndirildi.
Ancaq dediyim kimi, Milli Məclisdə bu məsələyə dair heç bir layihə daxil olmayıb və müzakirə aparılmayıb. Ona görə də şayiə xarakterində olan bir məsələyə bu qədər əhəmiyyət verilməsinə ehtiyac yoxdur. Əgər gələcəkdə bununla əlaqədar yeni baxış, yeni vəziyyət yaranacaqsa, onu da bütün ictimaiyyət biləcək. Ancaq bu gün üçün həmin məsələnin heç bir aktuallığı yoxdur”.

A.Zeynalov

Yeniçağ.Az

COP29

www.yenicag.az

1119
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv