Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünün tarixi açıqlandı

media-hightechnic-468x90

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın görüşəcəyi tarix məlum olub.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan baş nazirinin müavininin Mətbuat xidməti yayıb.

Məlumata görə, görüş yanvarın 30-da Moskvada baş tutacaq.

Bildirilib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması, xüsusilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcək.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa