Azərbaycan səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlandı

media-hightechnic-468x90

İran Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxsi cəzalandırmağa hazır olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, bunu İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir “IRNA”ya bildirib.

O qeyd edib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsə qarşı çıxarılan hökmün icrası üçün bütün hüquqi prosedurlar tamamlanıb və hazır vəziyyətə gətirilib.

“Qanunvericiliyə əsasən, hökmün icrası mərhumun valideynlərinin və ya onların vəkilinin məhkəməyə müraciət etməsi və ya hökmün icra olunduğu vaxt prosesdə iştirak etməsi ilə mümkün olacaq. İndiyədək mərhumun valideynləri və ya onların vəkili hökmün icrası üçün müraciət etməyiblər. Buna görə də məhkəmə sisteminin tam hazırlıqlı olmasına baxmayaraq, hökm hələ icra edilməyib”, – Əsgər Cahangir deyib.

O əlavə edib ki, səfirliyə hücum törədən şəxsə qarşı çıxarılan edam hökmünün icrası üçün bütün hazırlıqlar tamamlanıb və fərdi qərar verilib: “Hökmün icrası üçün icra günü təyin olunmalıdır və ya mərhumun valideynləri və onların nümayəndəsi hökmün icra olunmasını istədiklərini bildirməlidirlər”.

Sözçü vurğulayıb ki, yuxarıda qeyd olunan hökmlə bağlı hüquqi və məhkəmə prosesi başa çatıb və icra üçün hər hansı əlavə hüquqi maneə qalmayıb./Apa/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600