Təhsil eksperti Kamran Əsədov təhsil sistemində vakant yerlər haqqında məlumat verib.
Yenicag.az xəbər verir ki, o, hazırda təhsil sahəsində bir sıra mühüm postların boş qaldığını bildirib.
Bunlardan ən önəmlisi isə Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasından sonra, onun Təhsil Nazirliyində boş qalan kreslosudur.
Digər sahibini gözləyən vəzifələr isə aşağıdakı kimidir:
1)Lənkəran Dövlət Universitetinin rektoru
2)Azərbaycan Texniki Universitetinin rektoru
3) Ali Attestasiya Komissiyasının sədri
4) Təhsil İnstitutunun direktoru
5) Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının rəisi
Elvin Paşazadə
www.yenicag.az