Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

media-hightechnic-468x90
Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli kollektivə təqdim edilib.
Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, elm və təhsil nazirinin müavini İdris İsayev ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edərək deyib ki, son illər ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və rəqəmsallaşmanın tətbiqi istiqamətində mühüm addımlar atılır.
Çıxış edən rektor Nurəli Yusifbəyli göstərilən etimada görə təşəkkürünü bildirib, bu vəzifənin məsuliyyətini vurğulayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 5-də imzaladığı Sərəncama əsasən, Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05