Azərbaycan təkbaşına idman yarışının təhlükəsizliyini təmin edə biləcəkmi?

media-hightechnic-468x90

Baku_2015_logo_3Ərəstun Oruclu: “Avropa Oyunlarının təhlükəsizliyinin təmini üçün xarici tərəfdaşların da dəstəyinə ehtiyac var”

 Artıq I Avropa Oyunlarının start götürməsinə az müddət  qalıb. Bu oyunlara idmançılar da daxil olmaqla çoxsaylı qonaqlar gələcək. Bu isə keçiriləcək oyunların və gələn qonaqların təhlükəsizliyinin təmin edilməsini  gücləndirməyi vacib edir? Görəsən, Azərbaycan ölkəsində keçirilən ilk belə bir möhtəşəm tədbirin təhlükəsizliyini təkbaşına tam şəkildə təmin edə biləcəkmi? Yoxsa bunun üçün xaricdən müəyyən dəstəyə ehtiyac var?

Politoloq, sabiq MTN əməkdaşı Ərəstun Oruclu Yenicag.az-a açıqlamasında bildirdi ki, oyunların təhlükəsizliyinin təmini üçün xarici dəstəyə ehtiyacın zərurət olduğu qənaətindədir: “Heç bir dövlət, xüsusən də Azərbaycan kimi ölkələr belə bir böyük tədbirdə təhlükəsizliyi tam şəkildə öz resursları hesabına təmin edə bilməyəcək. Ona görə bütün bu tip yarışlarda, kütləvi tədbirlərdə olduğu kimi, təhlükəsizliyin təmini üçün xarici tərəfdaşların da dəstəyinə ehtiyac vardır.  Düşünürəm ki, bu zərurətdir”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600