Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü olacaq

media-hightechnic-468x90

yyyy8Martın 14-də Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşü olacaq. Bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın XİN rəhbərinin müavini İbrahim Rəhmanpur ilə görüşü zamanı bildirib.

Azərbaycan XİN-in saytında yerləşdirilən məlumatda deyilir ki, bu formatda görüşlər üç ölkə arasında əməkdaşlığın inkişafına töhfə verir.

Qarşıdakı görüş üçünçü belə görüş olacaq. İlk iki görüş İranın Urmiyə və Azərbaycanın Naxçıvan şəhərlərində keçirilib.

İranlı diplomat ilə görüş zamanı Azərbaycanla İran arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, Xəzər dənizinin statusunun müəyyən edilməsi, nəqliyyat sahəsində layihələrin icrası, humanitar və mədəni layihələrin həyata keçirilməsi, müqavilə-hüquq bazasının inkişafı məsələləri müzakirə olunub.

musavat.com

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600