Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

media-hightechnic-468x90

Azərbaycan 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyəyə 5,89 milyard kubmetr qaz tədarük edib. 2015-ci ilin analoji dövründə bu göstərici 5,57 milyard kubmetr olub.

Yeniçağ.Az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyənin Enerji bazarının nizamlanması idarəsinin saytında dərc olunan hesabatda deyilir.

Hesabata əsasən, Türkiyə ötən ilin yanvar-noyabrında 40,78 milyard kubmetr qaz idxal edib. Azərbaycanın bu dövrdə Türkiyənin ümumi idxalında payı 14,43 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan qazı Cənub Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa