Azərbaycan və Belarus arasında iqtisadi əlaqələr müzakirə edildi

media-hightechnic-468x90

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarus Prezidentinin Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Sekreta arasında görüş keçirilib.

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və ali səviyyədəki siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün sahələrində inkişaf etdirməsi üçün əsas rol oynadığı qeyd olunub.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı müsbət dinamikası xüsusi olaraq vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mühüm beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600