Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü planlaşdırılır

media-hightechnic-468x90

Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır.

media-banner_tuq

“Armenpress”in xəbərinə görə, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb.

Simonyan qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır: “Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05