Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Reklam: Sinerji Pro

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə danışıqlar aparmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Yenicag.az AzVision.az-a istinadən bildirir ki, bu barədə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan “Shant” telekanalına müsahibəsində deyib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində bizim üçün 2 məsələ olduqca vacibdir – status və təhlükəsizlik məsələləri. Bu məsələlər üzrə kompromiss tapmağa çalışırıq. Çünki sülh yolu ilə nizamlanmanın kökündə kompromiss dayanır. Sülhyaradıcı atmosferə gəlincə isə deyə bilərik ki, bu, geniş məfhum ehtiva edən prinsipdir və bura atəşkəs rejiminin gücləndirilməsinə aid olan funksiyalar daxildir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin dinamikliyini qoruyub saxlamaq bizim üçün çox vacibdir. Azərbaycan xarici işlər naziri ilə görüş barədə razılıq əldə olunub.” – deyə Mnatsakanyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını bildirmişdi.

www.yenicag.az

1013
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS