Azərbaycan və Macarıstan arasında saziş imzalandı
Macarıstanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin baş naziri Viktor Orban ilə görüşüb.
Görüşün yekununda V.Orban mətbuata açıqlamasında Azərbaycan və Macarıstan arasında strateji əməkdaşlıq sazişi imzalandığını bildirib. Macarıstan Baş Naziri Azərbaycanın çox vacib ölkə olduğunu vurğulayıb: “Azərbaycan Şərqlə Qərb arasında körpüdür”. O, Macarıstan və Azərbaycan arasında mövcud ikitərəfli münasibətləri yüksək qiymətləndirib. O, ümid etdiyini bildirib ki, bu gün imzalanmış sənəd münasibətlərin inkişafına təkan verəcək. Orban onu da bildirib ki, Azərbaycan Avropanın enerji təminatı baxımından vacib ölkədir. Prezident İlham Əliyev V.Orbanı Azərbayacana rəsmi səfərə dəvət edib.