"İsrailin hücumu üçün Amerikanın xeyir-duası lazımdır" – ŞƏRH

media-hightechnic-468x90

“İsrailin apardığı bütün müharibələrdə ilk zərbəni İsrail özü vurub, bu dəfə də elə olacaq”

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.

media-images-2026-07-27t150822-330

Şərhçi Netanyahunun İsrailin hədəfləri uğrunda Trampa təzyiq göstərəcəyi ilə bağlı kritik bəyanatını şərh edib. A.Səmədov hesab edir ki, İsrail söz verdiyi kimi qoşunları bölgələrdən çıxarmaq əvəzinə, müxtəlif bəhanələrlə bölgədə varlığını davam etdirəcək:

“Netanyahu Amerikaya səfəri ərəfəsində bu cür bəyanat verməklə ilk növbədə daxili auditoriyanı sakitləşdirmək istəyir. O, özünü bir daha İsrail maraqlarının əyilməz müdafiəçisi kimi göstərməyə çalışır. Eyni zamanda onu da qəbul etdirmək istəyir ki, mən İsrailin maraqlarını müdafiə etmək üçün ABŞ administrasiyasına belə müqavimət göstərə bilərəm. Nə dərəcədə bu məqsədinə nail olacaq? Güman edirəm ki, Netanyahunun öz istəyinə nail olması realdır. Trampla razılaşsa belə, İsrail qoşunlarının ərazidən çıxarılması haqqında dəfələrlə söz verib, amma müxtəlif bəhanələrlə bu icra edilməyib. İndi də ilk növbədə qoşunların Suriya və Livandan çıxarılmaması üçün əlindən gələni edəcək, müəyyən güzəştlərə nail olmağa çalışacaq”.

Politoloq ABŞ-dəki İsrail lobbisinin təzyiqindən də söz açıb:

“Amerikadakı yəhudi lobbisi bu qərarlarda çox böyük rol oynayır. Aralıq seçkiləri yaxınlaşır, Trampı hazırda ən çox düşündürən məsələ aralıq seçkilərindən mümkün qədər yaxşı nəticə ilə çıxmaqdır. Bunun üçün ona İsrail lobbisinin dəstəyi mütləq vacibdir. Buna görə də ola bilər ki, bu danışıqlarda Netanyahuya ciddi təzyiq göstərməyərək onun düşüncələrini anlayışla qarşılamağa çalışacaq. İsrailin həmin bölgələrdən qoşunları çıxarmaması müharibənin daha da qızışmasına səbəb olmayacaq. Hərbi əməliyyatlara həmişə İsrail başlayıb, bu dəfə də ilk zərbəni vurmaq üçün Amerikanın xeyir-duasına ehtiyacı olacaq. İsrail gələcəkdə də qoşunları o bölgələrdən çıxarmayacaq, ya da güzəştlərə gedərək vəziyyətdən çıxmağa cəhd göstərəcək”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05