Tramp-Netanyahu görüşünün ƏSAS GÜNDƏMİ: Qəzza, yoxsa İran?

media-hightechnic-468x90

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona rəsmi səfər edəcək. İsrail Baş Nazirinin Dəftərxanasının məlumatına görə, liderlər arasındakı görüş iyulun 28-də Ağ Evdə baş tutacaq. Səfər çərçivəsində B.Netanyahunun mərhum senator Lindsi Qremin anım mərasimində iştirakı və Donald Trampla Yaxın Şərqdə dəyişən geosiyasi dinamikanı müzakirə etməsi nəzərdə tutulur.

media-banner_tkm

Bəs Benyamin Netanyahunun Donald Trampla görüşündə əsas müzakirə mövzusu nə olacaq – Qəzza zolağındakı son vəziyyət, yoxsa İranın bölgədə artan təsiri?

Məsələni Yenicag.az-a şərh edən politoloq Rəfail Becanov hesab edir ki, Tramp-Netanyahu görüşünün əsas ağırlıq mərkəzi məhz İran olacaq.

media-refail

Onun sözlərinə görə, İsrail Qəzzada müəyyən üstünlük əldə edib və genişmiqyaslı hərbi əməliyyatların əsas mərhələsi artıq arxada qalıb:

“HƏMAS tamamilə sıradan çıxarılmasa da, onun əvvəlki hərbi və təşkilati imkanlarının əhəmiyyətli hissəsi məhv edilib. İsrail hərbi üstünlüyünü davam etdirdikcə, HƏMAS-ın tam süqutu qaçılmazdır. Ona görə də rəsmi Təl-Əviv üçün əsas strateji sual artıq Qəzzada baş verəcəklər, yaxud geniş mənada bu bölgədə nələrsə planlaşdırmaq yox, İranla bağlı gələcək planların hazırlanması və növbəti addımların müəyyənləşdirilməsidir”.

Politoloqun sözlərinə görə, görüşdə İranın nüvə proqramı, raket imkanları və regiondakı proksi qüvvələri xüsusilə Hizbullah, Suriyadakı qruplaşmalar və husilər əsas müzakirə mövzusu olacaq:

“İsrail üçün regional təhlükəsizlik məsələsi önəmlidir. Bu baxımdan fürsətdən faydalı istifadə etməyə çalışacaq. Livan və Hizbullah məsələsi diqqətdə olacaq. Çünki Hizbullah HƏMAS-dan daha təhlükəlidir. Onun Livan ərazisində yerləşməsi, raket arsenalı və İranla daha sıx əlaqələri İsraili daha çox narahat edir”.

Bununla yanaşı, politoloq Vaşinqtonun hazırda İsrailin İranla genişmiqyaslı birbaşa müharibəyə girməsinə qarşı olduğunu vurğulayıb:

“İsrailin müharibədə aktiv iştirakı indiki mərhələdə ABŞ-nin maraqlarına xidmət etmir. Bu, həm enerji bazarlarında ciddi qeyri-sabitlik yaradır, həm də Vaşinqtonun hərbi öhdəliklərini artırır. Digər tərəfdən, ABŞ üçün aydındır ki, İsrailin İranı strateji baxımdan zəiflətmək imkanları sonsuz deyil. İranın regional təsir gücü var və bu, hərbi güclə yanaşı müxtəlif ölkələrdə qurduğu şəbəkələrlə əlaqədardır. Ona görə İranın bölgədə təklənməsi, ərəb ölkələrinin də daxil olduğu koordinasiyalı koalisiya ABŞ-nin daha çox marağındadır. İsrailin aktiv müharibədə iştirakı bu ideyanı əngəlləyir”.

Lakin ekspert Qəzza mövzusunun da diqqətdən kənarda qalmayacağını bildirir. Onun sözlərinə görə, girovların taleyi, atəşkəs, humanitar vəziyyət və müharibədən sonrakı idarəetmə də masada olacaq məsələlərdəndir:

“Düşünürəm ki, bunlar taktiki müzakirələr olacaq. Əsas strateji gündəmi İran, onun regional təsiri və Yaxın Şərqdə formalaşan yeni geosiyasi vəziyyət təşkil edəcək. Bu baxımdan Tramp-Netanyahu görüşü iki lider arasında diplomatik təmas kimi yox, həm də Yaxın Şərqlə bağlı növbəti mərhələnin konturlarını müəyyən edəcək tarixi bir görüş kimi diqqətdədir”.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05