Azərbaycan və Mərakeş parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

media-hightechnic-468x90

Azərbaycan Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova öncə Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Mohamed Ould Erraşid ilə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsini müzakirə edib.

Görüşdə ikitərəfli mövcud əlaqələr yüksək qiymətləndirilib, həmçinin siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdən məmnunluq ifadə olunub. Bundan başqa, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm alət olduğu qeyd olunub. Bu baxımdan, parlament komitələri və dostluq qrupları arasında təmasların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tərəflər parlamentlərarası əməkdaşlıq baxımından Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi kimi platformaların rolunu vurğulayaraq bu çərçivədə qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdən sonra Azərbaycan Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

Spiker Sahibə Qafarova deyib ki, Anlaşma Memorandumu parlamentlərarası institusional əməkdaşlığın genişləndirilməsinə, o cümlədən komitələr və dostluq qrupları arasında əlaqələrin gücləndirilməsinə, beynəlxalq platformalarda fəaliyyətin daha səmərəli əlaqələndirilməsinə imkan verəcək.

media-7ijzumbasc1tsncpazevyvbpv22ugtnwolthf5xp_1200 media-mar4ablvmcpkqmou8l6bneadfbbkzhwudeytoew9_1200 media-mniqrwymlmy4eq2zck4aj1ycafxqom1dpuwlo6ck_1200 media-psai3sfjhqnzm47evrpc4oqni1roglkvmxe5ovdy_1200 media-winvwjzrpuenqp5ujvnw3wwxassfqtmdcpqqsbwl_1200 media-wpyk8em5cdpwempy8u1twcpcxvvlk8ta01r4uuxr_1200

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05