Azərbaycan və NATO əməkdaşlığı gücləndirir

media-hightechnic-468x90

NATO nümayəndələrinin Azərbaycana son səfərləri tərəflər arasında tərəfdaşlıq proqramının reallaşdırılması kursunu nəzərdən keçirməyə imkan verib.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bunu NATO-nun Brüsseldəki ofisindən təşkilatın baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldem və müdafiə siyasəti və planlaşdırma üzrə müavini Conatan Perişin Bakıya son səfərlərini şərh edərkən bildiriblər.

Alyansın ofisindən bildirilib ki, səfərlər çərçivəsində tərəfdaşlıq proqramı ilə bağlı tərəflər fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycanla NATO arasında əməkdaşlıq “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilir.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600