Azərbaycan və Türkiyə arasında Hərbi Dialoq keçiriləcək

media-hightechnic-468x90

fdxDekabr ayının 16-17-də Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək.

media-banner_tkm

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

İclasda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək. İclasda hər iki tərəfdən Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarının, həmçinin müdafiə sənayesinə məsul qurumların nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir.

Azərbaycan tərəfdən nümayəndə heyətinə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev rəhbərlik edəcək. Buna qədər Hərbi Dialoqa qatılan Azərbaycan heyətinə müdafiə nazirinin sabiq müavini Çingiz Məmmədov rəhbərlik etmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05