Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirir

media-hightechnic-468x90

“Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirir”.

Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

Baş nazir bildirib ki, Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın mühüm elementlərindən biri beynəlxalq və regional təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsidir. Onun sözlərinə görə, bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində səmərəli işbirliyi xüsusi əhəmiyyət daşıyır.

Əli Əsədov qeyd edib ki, sentyabr ayında Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin ilk iclası keçirilib. Həmin iclasda digər məsələlərlə yanaşı, ticarət, investisiyalar, nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Baş nazir diqqətə çatdırıb ki, yeni yaradılmış formatda hökumət başçılarının və vitse-prezidentlərin ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək.

O həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrində nazirlər səviyyəsində dialoqun ardıcıl şəkildə gücləndirildiyini bildirib. Bu istiqamətdə 2024-cü ildə İstanbulda ilk iclasın, 2025-ci ildə isə Bakıda ikinci iclasın keçirildiyini vurğulayıb.

Əli Əsədov əlavə edib ki, Türk İnvestisiya Fondunun yaradılması region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa