!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Türkiyə iş adamları Novruz bayramını birgə qeyd etdilər

!Reklam – Yazi

Novruz bayramı ilə əlaqədar olaraq Ukraynanın Kiyev şəhərində Azərbaycan, Ukrayna və Türkiyə iş adamlarının birgə konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə öncə Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev çıxış edib.

O bildirib ki, Azərbaycan ilə Türkiyənin iri şirkətləri Ukraynada yol, tikinti və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər.

Bu işdə Azərbaycan dövlətinin daim dəstəyini hiss etdiyini qeyd edən Ə.Əliyev növbəti illərdə də iş adamlarının fəal çalışacaqlarını bildirib.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır: “25 ildən artıqdır ki, 20 faiz torpağımız Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılır. Bu da iqtisadi əngəllər törədir. Amma bu çətinliyə baxmayaraq Azərbaycan son 10-15 ildə iqtisadi nailiyyətlər əldə edib, bir sıra beynəlxalq iqtisadi layihələrə imza atıb”.

O deyib ki, Azərbaycanın və Türkiyənin birgə iri layihələri regionun inkişafına, əlavə iqtisadi dividentlərin əldə olunmasına çox böyük töhfə verir.

A.Xudiyev bildirib ki, Azərbaycan və Türkiyə iş adamları Ukraynada artıq iri layihələr reallaşdırırlar və burada onlar üçün əlverişli şərait yaradılıb.

Ukrayna Azərbaycan və Türkiyənin strateji tərəfdaşıdır.

Sonra çıxış edən Ukrayna Türk İş Adamları Dərnəyinin başqanı Burak Pəhlivan, Türkiyənin Ukraynadakı səfirliyinin ticarət müşaviri Haydar Koçak bu cür forumların keçirilməsinin vacibliyini qeyd ediblər.

Bildirilib ki, dövlətlərimizin gücünü və qüdrətini artırmaq üçün birliyə və həmrəyliyə böyük ehtiyac var.

Tədbirin sonunda Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin fəxri diplomu ilə mükafatlandırılıb. (miq.az)

COP29

www.yenicag.az

1674
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv