Azərbaycan vətəndaşı Rusiyada cinayətdə təqsirləndirilir

media-hightechnic-468x90

002a2cbd117e424b99d35ac26d1396b6Rusiyada “Coca Cola” zavodunun direktorunu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanılıb.

Rusiya İstintaq Komitəsi noyabrın 28-də Sankt-Peterburq şəhərində qətlə yetirilən “Coca Cola” şirkətinin direktoru Dmitri Soşnevin qatillərinin tapılması haqqında məlumat yayıb.

Məlumatda bildirilib ki, Soşnevin qətlində təqsirləndirilən şəxslər – 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxitauri və əvvəllər məhkum olunmuş Rusiya vətəndaşı, 46 yaşlı Vyaçeslav Finogenov saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, noyabrın 28-də Çxitauri və Finogenov Soşnevlə Frunzeski rayonunda yerləşən qarajların birində görüş təyin ediblər. Görüş zamanı Finogenov Soşnevə əldəqayırma odlu silahdan atəş açıb. Daha sonra Soşnevin 150 min rubl pulunu götürüb, mərhuma məxsus BMW markalı avtomobildə hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa