“Azərbaycan xalqı 30 ildir ki, bu qələbənin həsrəti ilə yaşayırdı”.
Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O bildirib ki, Azərbaycan xalqı daim ordusunu sevib, Azərbaycan Ordusuna dayaq olub: “Hər bir Azərbaycan əsgəri vətənini sevir, vətən uğrunda canından keçməyə hazırdır və Vətən uğrunda canından keçdi”.