TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - YENİLƏNDİ
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi İclasında iştirak və çıxış etməkdən məmnunluq duyur.
Yenicag.az xəbər verir ki, C. Bayramov bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“Günümüzün dəyişən geosiyasi mənzərəsində müntəzəm qeyri-rəsmi fikir mübadilələrinin və daha güclü regional əməkdaşlığın dəyərini xüsusi vurğuladım”, – o bildirib və daha geniş, çevik və qarşılıqlı faydalı tərəfdaşlıqları təmin etməkdə təşkilat və müxtəlif əməkdaşlıq formatlarının rolu diqqətə çatdırılıb:
“Azərbaycan əlaqələndirilmiş və gələcəyə hesablanmış gündəliyi irəli aparmaq üçün qardaş ölkələrimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyə sadiq qalır”.
***
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.
Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial media hesabında paylaşım edib.
Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.
Qəbələ Zirvə görüşündə yaradılan və 2026-cı ilin mart ayında İstanbulda daha da işlək mexanizmə çevrilən “OTS+” formatı ilə yanaşı, XİN başçılarının mütəmadi qeyri-rəsmi görüşlərinin inklüziv və strateji tərəfdaşlıqların inkişafına xidmət edən mühüm vasitə olduğu qeyd edilib.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında paylaşıb.
Nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət və enerji sektorlarında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivlərini müzakirə etdilər.
Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması yolu ilə əməkdaşlığı daha da gücləndirmək imkanları da araşdırılıb.













