Ceyhun Bayramov Mövlud Çavuşoğlunun qardaşına şəfa diləyib

media-hightechnic-468x90
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğluya qardaşına edilən hücumla bağlı zəng edib.
Yenicag.az xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib.
“Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım. Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!”, – deyə o qeyd edib.
Xatırladaq ki, Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub. İş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib. Məlumata görə, o, əməliyyat olunub, reanimasiyadadır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05