Azərbaycan xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?

media-hightechnic-468x90

2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Yenicag.az xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 55,4 % çoxdur.

İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon dolları ixracın, 14 milyard 540 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 71,8 %, idxal isə 24,2 % artıb.

Son nəticədə xarici ticarətdə 23 milyard 607 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600